Siyəzən sakini könüllü olaraq sənədsiz silahını polisə təqdim edib.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahın könüllü şəkildə təhvil verilməsi təmin edilib.
Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən bir ədəd ov tüfəngi təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.
www.102info.az