Sabunçuda qanunsuz tikililər söküldü – FOTO/VİDEO

Cəmiyyət


Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bülbülə gölünün ətrafında yerləşən torpaq sahəsində heç bir hüquqmüəyyənedici sənəd olmadan və müvafiq razılıq alınmadan qanunsuz tikinti işlərinin aparılması faktı müəyyən olunub.

“Qafqazinfo” xəbər verir ki, sözügedən ərazidə aparılan işlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin və torpaq qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmaqla həyata keçirilib.

Tikinti sahibləri dəfələrlə edilmiş şifahi xəbərdarlıqlara məhəl qoymadığından Sabunçu Rayon İcra Hakimiyyətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsininin və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşlarının birgə iştirakı ilə müvafiq tədbirlər görülüb və nəticədə tikililər sökülərək ərazi nəzarətə götürülüb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir