Bakıya yağış yağan kimi yollar tıxac olur.
Xezerxeber.az xəbər verir ki, bəzi sürücülər sürəti aşağı salır, xüsusilə də mərkəzi küçələrdə sıxlıq yaranır.
Çəkiliş apardığımız Yusif Səfərov küçəsi ən işlək yollardan biridir. Sürücülər ən azından həftə sonları buranı tıxacsız görməyi arzu edirlər.
Yusif Səfərov kimi, avtomobillərin intensiv hərəkət etdiyi digər küçə və prospektlərdə də eyni mənzərədir.
Bu arada Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi axşam saatlarında tıxaclarla bağlı məlumat yayıb.
Bildirilir ki, əksər küçə və prospektlərdə, o cümlədən Bakı-Sumqayıt yolu, “20 Yanvar” dairəsində,Heydər Əliyev, Ziya Bünyadov prospektlərində hər iki istiqamətdə sıxlıq müşahidə edilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
www.102info.az