“Iraqi Airways” aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm uçuşlar həyata keçirməyə başlayır.
Oxu.Az xəbər verir ki, 19 noyabr 2023-cü il saat 00:15-də aviadaşıyıcı Bağdaaddan Bakı hava limanına ilk uçuşunu həyata keçirəcək.
“Iraqi Airways” aviaşirkətinin həftədə 5 dəfə Bağdaddan Bakıya və əks istiqamətdə uçuşlar həyata keçirməyi planlaşdırılır. Dəqiq cədvəllə aviadaşıyıcının www.flyiraqiairways.com rəsmi saytında tanış ola bilərsiz.
www.102info.az