Maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan sürücü DYP tərəfindən aşkar edilərək inzibati məsuliyyətə cəlb edilib
Bu barədə Baş Dövlət Yol Polisi (DYP) İdarəsindən məlumat veriblər.
Bildirilir ki, Bakı-Şamaxı avtomobil yolunda “VAZ 21214” markalı, 90-OR-122 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün qəza törədərək hadisə yerindən yayınması barədə vətəndaş R.Alıyev tərəfindən Baş DYP İdarəsinə müraciət daxil olub.
Vətəndaşın müraciəti əsasında Baş DYP İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı və sürücünün T.Təhməzov olduğu müəyyən edilib və o, inzibati qaydada məsuliyyətə cəlb edilib.
www.102info.az