Bu gün Axar.az xəbər saytının yaranma günüdür.
Oxu.Az xəbər verir ki, saytın 10 yaşı tamam olur.
2013-cü ilin oktyabrın 19-da oxucularla ilk görüşə gələn sayt Azərbaycanda, regionda və dünyada baş verən hadisələri işıqlandırır.
Saytın baş redaktoru Anar Niftəliyev bildirib ki, hazırda saytın gələcək fəaliyyəti ilə bağlı müxtəlif layihələr var:
“Axar.Az-ın oxucular tərəfindən sevilməsi uğurdur. Axar.az Azərbaycan, ingilis, rus, ərəb və fars dillərində 5 versiyada işləyir. Ərəb əlifbası ilə Azərbaycanda fəaliyyət göstərən yeganə yerli media orqanıdır. Yeni layihələrimiz var. Bunlardan ən başlıcası İnternet TV layihəsidir”.
Qeyd edək ki, Axar.az saytı “Teleqraf.com” MMC-nin tərkibində fəaliyyət göstərir. Holdinqin rəhbəri tanınmış jurnalist Aynur Camalqızı, saytın baş redaktoru isə Anar Niftəliyevdir.
Oxu.Az kollektivi Axar.az-da çalışan həmkarlarını təbrik edir, onlara uğurlar arzulayır!
www.102info.az