Hacıqabulda mikroavtobusla yük maşını toqquşub, altı nəfər xəsarət alıb

Cəmiyyət


Hacıqabulda yol-nəqliyyat hadisəsi olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Qarasu kəndində qeydə alınıb.

“KamAZ” və “Mercedes Vito” markalı mikroavtobus toqquşub.

Nəticədə altı nəfər xəsarət alıb.

Yaralılar Şirvan xətəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az