Qəbələdə üç avtomobil toqquşdu: Xəsarət alanlar var

Cəmiyyət


Qəbələ rayonunun Nohurqışlaq kəndində bir-neçə nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, “Mercedes-Benz”, “Chevrolet” və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində bir-neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Əraziyə Təcili Tibbi Yardım avtomobili və Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir