Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ölüb.
APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
Belə ki, yolu keçən 1963-cü il təvəllüdlü Bəxşiş Sərxan oğlu Hüseynovu minik maşını vurub. Piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
www.102info.az