Bakı metrosunda problem: Sərnişinlər qatardan düşürüldülər

Cəmiyyət


“Həzi Aslanov-İçərişəhər” marşrutu üzrə hərəkət edən qatar “Xalqlar dostluğu” stansiyasında ikən qapılardan biri ilə bağlı problem yaranıb.

Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Operativ baxış zamanı müdaxilə nəticəsində nasazlıq ehtimalı ilə olduğu müəyyən edilib.

Təhlükəsizlik tələbinə uyğun sərnişinlər düşürülməklə, qatarın xətdən çıxarılması qərara alınıb.

Nəticədə dörd dəqiqəlik yubanma yaranıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir