Bakıda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı

Cəmiyyət


Qaradağ rayonunun Lökbatan qəsəbəsində evlərin birindən 7 900 manat pul və 6 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Seymur İsayev müəyyən olunaraq saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love