Alkoqollu içkilər və ya siqaret kimi zərərli vərdişləri tərgitmək istəyənlər üçün apteklərdə dərmanlar satılır.
Bununla bağlı iddiaları həkim-farmakoloq Aydın Əliyev də təsdiqləyib.
“Bu dərmanların bir neçəsi Azərbaycanda satılır. Belə dərmanlar spirtli içkinin dadı və qoxusuna qarşı iyrənmək hissi yaratmaq üçündür. Bu dərmanların istifadəsi zamanı halsızlıq, qusma baş verir, ürək döyüntüləri artır, təzyiq düşür. Hətta ölümə səbəb olur. Ona görə də bu cür dərmanların istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır. Bu maddələri həkimsiz qəbul etmək olmaz”, – farmakoloq qeyd edib.
Qeyd edək ki, paytaxt sakinləri də həkimlərlə eyni mövqedədirlər.
Zərərli vərdişlərdən uzaqlaşmağın əsas çarəsini düzgün təbliğat və güclü iradədə görürlər. Canımıza zərər verən spirtli içkilərdən, tütün məmulatlarından uzaq olmaq istəyiriksə, asan yola əl atıb tərkibini və əks təsirlərini bilmədiyimiz hər hansı dərman vasitəsini istifadə etməkdən çəkinməliyik. Çünki bu vaxt qaş düzəltmək istədiyimiz yerdə göz çıxara bilərik.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
www.102info.az