Muzey, restoran, park: Naxçıvanın Duzdağ Fizioterapiya Mərkəzində tətbiq ediləcək yeniliklər AÇIQLANDI

Cəmiyyət


“Naxçıvanda Duzdağ Fizioterapiya Mərkəzinin təkmilləşdirilməsi nəzərdə tutulur”.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Naxçıvan Respublikasının səhiyyə naziri vəzifələrini icra edən Samiq Sadıxov deyib.

O bildirib ki, yaxın gələcəkdə Duzdağ Fizioterapiya Mərkəzi üçün kinoteatr, kiçik konfrans zalı, uşaq oyun parkı, duzun içərisində restoran, meditasiya ərazisinin, SPA salonunun, gözəllik mərkəzinin, mağaza və duz muzeyinin yaradılması nəzərdə tutulur:

“Eyni zamanda, duzun üstündə ayaqla yerimək üçün cığırların yaradılması ilə bağlı layihələndirmə işlərinə başlanılıb. Növbəti ilin əvvəlində bu prosesin həyata keçirilməsi ilə əlaqəli tender elan olunacaq. İlin ortasında bu məsələ həyata keçiriləcək. Bundan başqa, Duzdağın dünya arenasında tanıdılması üçün iki beynəlxalq quruma sertifikat almaq üçün müraciət edilib. Birindən sertifikat alınıb, digəri isə birillik prosesdir.

Yəni ildə dörd dəfə üç aydan bir yoxlamalarla proses tam şəkildə həyata keçiriləcək. Bundan sonra Naxçıvanda beynəlxalq əhəmiyyətli pulmonoloq və allerqoloqların konfransını keçirməklə Duzdağın dünyada təbliğinə çalışırıq”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir