Naxçıvan şəhər təcili tibbi yardım Mərkəzinin bazasında Naxçıvan Respublikası Səhiyyə Nazirliyi tabeliyində təcili tibbi yardım xidməti yaradılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Naxçıvanın səhiyyə müəssisələrinə müdiatur zamanı Naxçıvan Respublikasının Səhiyyə naziri vəzifələrini icra edən Samiq Sadıxov məlumat verib.
O bildirib ki, bununla da 12 cür geolokasiyanın sayı 40-a qədər artırılması nəzərdə tutulub:
“Bunun proqram təminatı ilə bağlı işlər artıq yekunlaşmaq üzrədir. Burada məqsəd təcili tibbi yardım maşınlarının çağırış zamanı ərazilərə daha tez zamanda çatmasını təmin etməkdir. Növbəti ilin əvvəlində bu proqram təminatı istifadəyə veriləcək. Bu xidmət mərkəzləşmiş qaydada idarə ediləcək. Eləcə də təcili tibbi yardım maşınlarının qarajının yenilənməsi ilə bağlı ciddi işlər görülüb. Bu günki təcili tibbi yardım avtomobilləri müəyyən mənada bizim ehtiyaclarımızı qarşılayır. Amma növbəti illərdə bu avtomobillərin yenilənməsi, ehtiyac olan yeni avtomobillərin alınması ilə bağlı işlər həyata keçirilir”.
Könül Cəfərli
www.102info.az