Bu gün Editor.az informasiya portalı 11 yaşını qeyd edir.
Oxu.Az xəbər verir ki, informasiya portalı 2012-ci ildən fəaliyyətə başlayıb.
Fəaliyyətə başladığı ilk dövrdən Editor.az ölkənin internet media məkanında özünəməxsus yer və nüfuz qazana bilib. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.
İlk gündən dəqiq və qərəzsiz xəbərlər, hadisələrə obyektiv mütəxəssis və ekspertlər rəyləri təqdim etmək siyasətini həyata keçirən Editor.az, eləcə də xəbərlərində mütəmadi olaraq ölkənin tanınmış mətbu orqanlarına da istinad edir.
Editor.az Türkiyə, Ukrayna, Özbəkistan, Qazaxıstan, Litva, Estoniya, Pakistan və bir digər ölkələrin nüfuzlu media qurumları əməkdaşlıq haqqında memorandum imzalamaqla, yaxından əməkdaşlıq edir.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində portalın “Editor TV” internet televiziyası fəaliyyətə başlayıb. Müharibənin getdiyi məsuliyyətli və gərgin günlərdə “Editor TV” tərəfindən “YouTube” platformasında rus və erməni dillərində düşmənin təxribatçı siyasətini ifşa edən onlarla materiallar hazırlanıb. Hazırlanan materiallar Ermənistan mətbuatının belə gündəmini məşğul edə bilib.
Editor.az-ın Azərbaycanın bütün bölgələrində, eləcə də xarici ölkələrdə geniş izləyici auditoriyası var.
Oxu.Az kollektivi Editor.az-da çalışan həmkarlarını təbrik edir və uğurlar arzulayır!
www.102info.az