Doqquz yaşlı Yusifin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Aygül Əliyeva məlumat verib.
O bildirib ki, övladı üç ildir qaraciyər sirrozundan əziyyət çəkir:
“Yusifin 6 yaşı olanda onun qaraciyər sirrozundan əziyyət çəkdiyini öyrəndik. Həmin gündən bu günə müalicələrini etdirsək də, demək olar heç bir irəliləyiş qeydə alınmayıb. Həkimlər Yusifin təcili qaraciyər köçürülmə əməliyyatına ehtiyacı olduğunu deyiblər. Əməliyyat Türkiyədə yerləşən özəl klinikalardan birində həyata keçiriləcək”.
Aygül Əliyeva bildirib ki, əməliyyat pulunu tamamlamaq üçün evlərini satıblar:
“Yusifə donor Türkiyədə tapılıb. Yusifin əməliyyatı üçün 45 000 dollara (76 500 manat) ehtiyacımız var. Biz imkansız adamlarıq, mən işləmirəm, yoldaşım isə fəhlədir. O məbləği tapmaq bizim üçün qeyri-mümkündür. Buna görə də evimizi 68 000 manata satmışıq. Geridə qalan 8 500 manatın 6 500 manatını sizin saytın oxucuları sayəsində toplamışıq. Hazırda əməliyyat üçün cəmi 2 000 manatımız çatmır. Yardımsevər şəxslərdən bizə yenidən dəstək olmalarını, çıxdığımız bu yolda bizi tək buraxmamalarını xahiş edirik”.
Ailə ilə əlaqə: (051) 958-80-49.









www.102info.az