Həkim: “Virus mənşəli xəstəliklərdə antibiotiklər effektsiz olur”

Cəmiyyət


“Antibiotiklərdən, əsasən, bakteriayamənşəli infeksion xəstəliklərdə istifadə edirik”.

Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev qurumun rəsmi “Instagram” səhifəsindəki canlı yayımda məlumat verib.

O qeyd edib ki, bu xəstəliklərlə yanaşı, bəzi virus xəstəlikləri də özünü oxşar simptomatika ilə büruzə verə bilir:

“Belə olan halda, sadəcə, simptomlara əsaslanaraq eyni antibiotikdən istifadə olunması yolverilməzdir, çünki virusmənşəli xəstəliklərdə antibiotiklər effektsizdir. Sadəcə, virus yox, eləcə də bakteriyamənşəli xəstəliklərə baxsaq, görərik ki, bir xəstəliyi bir yox, bir neçə bakteriya törədə bilir və hərəsinə uyğun antibiotiklər fərqlidir. Belə hallarda antibiotik istifadəsi bakteriyalarda antibiotikə qarşı rezistentlik yaradır və gələcəkdə xəstənin müalicəsində böyük çətinliklərə gətirib çıxarır”.

Z.Quliyev bildirib ki, antibiotik istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək tövsiyə olunur.

Qeyd edək ki, hər il noyabr ayında Dünya Səhiyyə Təşkilatının (DST) təşəbbüsü ilə Ümumdünya Antibiotiklərdən Düzgün İstifadə Həftəsi keçirilir. Məqsəd infeksiyaların antibiotiklərə davamlılığı problemi haqqında bütün dünyada insanların məlumatlılıq səviyyəsini yüksəltmək və geniş ictimaiyyəti, səhiyyə işçilərini və siyasi qərarlar qəbul edən şəxsləri bu problemin daha geniş yayılmasına imkan verməyən qabaqcıl yanaşmaları tətbiq etməyə istiqamətləndirməkdir.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir