Gəncədə təlim avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib – FOTO

Cəmiyyət


Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Tağı Arani küçəsi ilə Azərbaycan Bayrağı küçəsinin kəsişməsində qeydə alınıb. Hərəkətdə olan VAZ-2107 ilə KIA markalı təlim avtomobili toqquşub.

Qəza zamanı VAZ-2107-nin sürücü Ayxan Bədəlov xəsarət alıb.

Qeyd edək ki, KIA markalı minik maşını (“149” saylı) sürücülük təlimi avtomobillidir.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az