Kəmalə Ağazadə: “74 nəfər kimsəsiz qızla evlənmək üçün sığınacağa müraciət edib”

Cəmiyyət


“55 nəfər qadın oğlunu evləndirmək üçün kimsəsiz qız axtardığını bildirib”.

Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O, qeyd edib ki, 2023-cü ilin 10 ayı ərzində Uşaq Birliyi qaynar xəttinə daxil olan zənglərdən 74 vacib hesab olunan müraciətin təhlilini aparıb:

“74 nəfər müraciət edərək evlilik məqsədi ilə uşaq sığınacağından kimsəsiz qızla evlilik məqsədini bildirib. 55 nəfər qadın oğlunu evləndirmək üçün, 13 nəfər qardaşını evləndirmək üçün kimsəsiz qız axtardığını bildirib. Beş nəfər kişi isə müraciət edərək kimsəsiz qızla evlənmək istədiyini deyib. Onlardan üç nəfəri ikinci evliliyi üçün müraciət edib. Kişilərin bildirdiklərinə görə, yaş həddi 29-42 yaş arasındadır.

31 nəfər bildirib ki, epilepsiyası, “uşaq” kimidir, yəni əqli geriliyi var. 37 nəfər fiziki qüsurlu – DSP, görmə məhdudiyyətli, eşitmə məhdudiyyətli və ya digər xəsarətlidir. Yalnız bir nəfər kimsəsiz qıza sahib çıxmaq, ona xoşbəxt həyat bəxş etmək, oğlunun xaricdə işlədiyi müddətdə qayınana, yəni özü ilə yaşayaraq gözəl nəvələr böyütmək istəyinin olduğunu bildirib”, – deyə Kəmalə Ağazadə qeyd edib.

Kəmalə Ağazadə onu da əlavə edib ki, ən əsası odur ki, kimsəsiz qızlara elçi düşən hər bir müraciətçi evləndirmək istədikləri oğullarının, qardaşlarının xüsusi qayğıya ehtiyacı olduqlarını əsas gətirib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir