Bakı-Şamaxı-İsmayıllı yolunda “Mercedes Vito” aşıb, altı nəfər xəsarət alıb.
Bununla bağlı Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
İdarənin inspektoru, polis leytenantı Elvin Hacıyev bildirib ki, hadisə İsmayıllı rayonu ərazisində, Muğanlı-İsmayıllı yolunun 26-ci kilometrində, üzü Bakı istiqamətində qeydə alınıb:
“Avtomobilin sürücüsü azərbaycanlı, beş nəfər sərnişin isə ərəbəsilli turistlərdir. Onlar yüngül xəsarətlər alıblar. Onu da bildirək ki, yolun həmin hissəsində təmir işləri aparılırdı”.
Aysel Aslan
www.102info.az