Laçında əmək yarmarkası keçirilir

Cəmiyyət


Laçın şəhərində əmək yarmarkası keçirilir.

“Report”un hazırda Laçında olan əməkdaşının verdiyi xəbərə görə, yarmarka Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən təşkil edilib.

Məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 16 müəssisə tərəfindən müxtəlif istiqamətlər üzrə 200-dən artıq vakansiya təqdim olunub.

Tədbirin keçirilməsində əsas məqsəd Böyük Qayıdış proqramı üzrə Laçın rayonuna köçürülən sakinlərin məşğulluğuna dəstək tədbirlərinin davam etdirilməsidir.

Yarmarkaya qatılan sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilir, uyğun namizədlərin qeydiyyatı aparılır. Həmçinin iştirakçılara agentliyin aktiv məşğulluq tədbirləri ilə bağlı məlumat verilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir