Bərdə rayonunun Yeni Daşkənd kəndində yas mərasimi keçirilən evdə döşəmənin çökməsi nəticəsində xəsarət alan iki nəfərin müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, onların vəziyyətləri stabildir.
“Digər xəsarət alanlar xəstəxanadan evə buraxılıblar”, – deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, noyabrın 23-də Bərdədə yas mərasimi keçirilən evin döşəməsi çöküb. Hadisə nəticəsində 33 nəfər xəsarət alıb, bir nəfər isə vəfat edib.
www.102info.az