İnsan alverində təqsirləndirilən qadına hökm oxunub

Cəmiyyət


İnsan alverində təqsirləndirilən Aləmzar Kazımovanın cinayət işi üzrə məhkəmə yekunlaşıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Aləmzar Kazımova 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Aləmzar Kazımova Cinayət Məcəlləsinin 144-1.2.1 (insan alveri – iki və ya daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham olunub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir