Zaqatalada itən hindistanlı turistin axtarışları Dağıstanda davam etdirilir

Cəmiyyət


2022-ci ildə Zaqatalada yüksək dağlıq ərazidə itkin düşən hindistanlı turistin axtarışları Rusiya ərazisində davam etdirilir.

APA-nın şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu barədə itkin düşən Manikanth Kondaveetinin valideynləri məlumat veriblər.

Məlumata görə, 1993-cü il təvəllüdlü Hindistan vətəndaşı Manikanth Kondaveetinin axtarışlarına Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər. Hazırda axtarışlar Azərbaycan-Rusiya sərhədinin əks tərəfində, Dağıstan ərazisində gedir.

Qeyd edək ki, Hindistan vətəndaşı Manikanth Kondaveetin 2022-ci ilin may ayının 12-də Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonu ərazisindən keçən hissəsinin yüksək dağlıq meşəlik ərazisində itkin düşüb. Azərbaycan ərazisində onunla bağlı uzun müddət axtarışlar aparılıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir