13 yaşlı yeniyetmə onu atan anasını bağışlayacaqmı? – VİDEO

Cəmiyyət


Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki buraxılışında atası vəfat etdikdən sonra anası tərəfindən tərk edilən 13 yaşlı Vüsal (ad şərtidir) öz həyat hekayəsini danışıb.

Nənəsinin və babasının himayəsində yaşayan azyaşlının sözlərinə görə, anası onu 6 yaşında ikən atıb gedib və başqası ilə ailə qurub. İkinci uşağını dünyaya gətirəndən bir müddət sonra isə iflic olub.

“Anamın iflic olduğunu nənəmgildən öyrəndim, pis olmadım. Gəlib mənlə yaşamaq istəsə, qəbul etmərəm”, – o söyləyib.

Vüsalın ən böyük arzularından biri şəxsi kompüterinin olmasıdır. Lakin ailənin maddi imkanı onun bu istəyini yerinə yetirməyə imkan vermir.

Ətraflı süjetdə:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir