Diqqəti cəlb etmək məqsədilə sosial şəbəkələrdə metal pullarla bağlı görüntülər yayılıb.
Bu kadrlar bir məsələni gündəmə gətirir.
Metal pulu banklar vasitəsilə kağız əsginasa dəyişmək mümkündürmü?
İqtisadçı Əkrəm Həsənov bunun mümkün olduğunu bildirib:
“Kommersiya bankları imtina etsə belə, qəpikləri Mərkəzi Bankda dəyişə bilərsiniz”.
Mərkəzi Bankdan isə bildirilib ki, nağd pulun, o cümlədən metal pulun hesaba daxili zamanı banklar müştəriyə kassa xidməti göstərir. Bunun müqabilində ödənişin tətbiqi hər bir bankın xidmət haqqı siyasətinə uyğun olaraq müəyyənləşdirilir. Bir çox ölkələrdə metal pul nişanlarının hesaba daxil edilməsinə görə xidmət haqqı tətbiq olunur.
Ətraflı Baku TV-nin süjetində:
www.102info.az