Bərdə rayonunda vətəndaşlar odlu silahları polisə təhvil veriblər.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində vətəndaşlar tərəfindən odlu silahların könüllü olaraq təhvil verilməsi təmin edilib.
Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən biri yivli olmaqla 4 müxtəlif kalibrli odlu silah götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
www.102info.az