Vətəndaşlar odlu silahlarını polisə təhvil verdilər

Cəmiyyət


Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi təmin olunub.

Keçirilən növbəti tədbir zamanı Füzuli rayon sakini özündə olan ov tüfəngini polis əməkdaşlarına könüllü olaraq təhvil verib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Novxanı qəsəbəsi sakini 2012-ci ildə vəfat edən babasından qalan silahı da polisə təhvil verib.

Abşeron Rayon Polis İdarəsinin Saray Polis bölməsinə müraciət edən qəsəbə sakini 1998-ci il təvəllüdlü F.Namazov 2012-ci ildə dünyasını dəyişən babası R.Namazovdan qalan müvafiq səbədləri olmayan bir ədəd ov tüfəngini könüllü olaraq Bölmə əməkdaşlarına təhvil verib. 
Son günlər bu sahədə aparılan profilaktik tədbirlərə dəstək verdiyi üçün vətəndaşa təşəkkür edilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir