Muğan qəsəbəsində qanunsuz ov edənlər saxlanılıblar

Cəmiyyət


Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Muğan qəsəbəsi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən iki nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, araşdırmalarla onların Bakı şəhər sakini E.Xəlilov və Sumqayıt şəhər sakini A.Fərzəliyev olduqları müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən həmin şəxslərdən iki ədəd ov silahı, bir ədəd səsgücləndirici və qanunsuz olaraq ovlanmış çöl ördəkləri aşkarlanaraq götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir