Sağlamlığımızın düşməni olan küçə yeməkləri. Bəlkə də hər gün necə hazırlandığını bilmədiyimiz bu qidaları qəbul edirik. Bəzən isə eyni yağda dəfələrlə pirojki, qutab və digər bu kimi yeməklər hazırlayırlar. Fəsadları ilə rastlaşanda isə mübarizə aparmağımız çətin olur.
Qida Təhlükəsizliyi Agentliyindən “Telesəhər”ə bildirilib ki, belə məkanlarda mütəmadi olaraq yoxlamalar aparılır, müvafiq tədbirlər görülür. Ümumilikdə isə vətəndaşların küçə qidalarından uzaq durmaları tövsiyə olunur:
“Dəfələrlə qızdırılan yağlarda hazırlanan qidanın istehlakı orqanizmdə ciddi fəsadlara gətirib çıxara bilir. Yağların müxtəlif şəraitdə yüksək temperaturda qızdırılması zamanı fiziki-kimyəvi xüsusiyyətləri dəyişir. Xüsusən də açıq hava şəraitində bir neçə kimyəvi reaksiya baş verir və yağlar degenerasiya olunur. Təkrar qızdırılmış yağdan hazırlanmış qidaların mütəmadi istehlakı orqanizmin antioksidant müdafiə sistemini poza bilir və ürək damar xəstəliklərinin də, diabetin də yaranması riskini artırır”.
Ətraflı süjetdə:
www.102info.az