Hazırda Gəncə şəhərində güclü külək əsir, bu səbəbdən 3-cü mikrorayon və bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranıb.
“Report”un Qərb bürosunun məlumatına görə, külək nəticəsində yaranmış toz dumanı, həmçinin avtomobillərin hərəkətində də qismən çətinlik yaradıb.
Küləkli hava şəraiti səbəbindən başqa fasadların olub-olmaması aidiyyəti qurumlar və idarələr tərəfindən araşdırılır.
www.102info.az