Gənclər Təşkilatları Milli Şurasının XX Hesabat-Seçki Qurultayı keçirilib – FOTO

Cəmiyyət


Bakı Konqres Mərkəzində ölkənin aparıcı gənclər platformalarından olan, 150 gənclər təşkilatını ətrafında birləşdirən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) XX Hesabat-Seçki Qurultayı keçirilib.

Qurultayda rəsmi şəxslər, Milli Şuraya üzv olan gənclər təşkilatları, tərəfdaş qurumların səlahiyyətli təmsilçiləri, həmçinin media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Qurultay öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən NAYORA-nın sədri Azər Əliyev təşkilatın fəaliyyətində hər zaman əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətini prioritet götürdüyünü vurğulayıb. Bildirib ki, təşkilat öz fəaliyyətində dövlət müstəqilliyinin möhkəmlənməsini, beynəlxalq aləmdə layiqli təmsilçilik prinsiplərini rəhbər tutur.

Daha sonra NAYORA-nın 2020-23-cü illər üzrə fəaliyyət hesabatını özündə birləşdirən təqdimat və videoçarx nümayiş olunub.

Qurultay rəsmilərin çıxışları ilə davam edib. Gənclər və idman nazirinin müavini İndira Hacıyeva çıxış edərək gənclər təşkilatlarının vətəndaş cəmiyyətindəki rolundan, nazirliyin Milli Şura ilə birlikdə həyata keçirdiyi uğurlu layihələrdən bəhs edib. Daha sonra Azərbaycan Respublikası Gənclər Fondunun İcraçı direktor vəzifəsinin icraçısı Qədir Xəlilov, Milli Məclisin deputatları Arzu Nağıyev və Bəhruz Məhərrəmov çıxış ediblər.

Rəsmi hissə başa çatdıqdan sonra Qurultayın hesabat və seçkilər hissəsi başlayıb. Beləki, sədrliyə namizəd Rafael Hacıbəyli, sədr müavinliyinə namizədlər Nail Şükürov və Güldanə Dadaşova gələcək fəaliyyətləri, planları ilə bağlı çıxış ediblər. Daha sonra təşkilatın İdarə Heyəti və Mərkəzi-Nəzarət Təftiş kommisiyası üzvlüyünə namizədlər təqdim olunub.

Təqdimatlar yekunlaşdıqdan sonra Qurultayda iştirak edən təşkilatların səsverməsi nəticəsində Rafael Hacıbəyli Milli Şuranın yeni sədri seçilib, həmçinin sədr müavinləri, İdarə Heyəti və Mərkəzi Nəzarət-Təftiş Komitəsinin üzvləri müəyyənləşib.

Yeni seçilmiş sədr müavinləri:

1. Nail Şükürov – “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyi

2. Güldanə Dadaşova – Avropa Gənclər Parlamenti Azərbaycan İctimai Birliyi

İdarə Heyətinin yeni seçilmiş üzvləri:

1. Azad Manaflı – “İsmayıllı İntellektual Oyunlar Klubu” İctimai Birliyi

2. Əli Abdullayev – Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi

3. Elman Əsgərov – Təbiət Dostları Gənclərin Ekoloji Maarifləndirilməsinə Kömək İctimai Birliyi

4. Orduxan Qəhrəmanzadə – Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan İctimai Birliyi

5. Rüfət Əsədzadə – Azərbaycan Gənc Müəllimlər Assosiasiyası İctimai Birliyi

6. Nərminə Hüseynzadə – Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – Bakı İctimai Birliyi

7. Ülvi Camalsoy – Azərbaycan Skautlar Assosiasiyası İctimai Birliyi

Mərkəzi Nəzarət-Təftiş komissiyasının yeni seçilmiş üzvləri:

1. Aynurə Salmanlı – Gənclərin Maarifləndirilməsinə Dəsətək İctimai Birliyi

2. Ənvər İsmayılov – “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi

3. Cəsur Mədətzadə – Avropa Tələbələr Forumu – Bakı İctimai Birliyi

4. Murad Yusifli – Həkim və Təbib Tələbələr İctimai Birliyi

5. Rəsul Quliyev – Bizim Gənclik İctimai Birliyi

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir