Gəncədə işıq dirəyi qəzalı vəziyyətdədir.
Bu barədə Oxu.Az-a Gəncə şəhər, Atatürk prospekti 293 ünvanında yaşayan sakin məlumat verib.
Vətəndaş iddia edib ki, işıq dirəyi evinin yaxınlığındadır və o, dirəyin aşma təhlükəsindən, hansısa xoşagəlməz had ehtiyat edir:
“Artıq 20 günə yaxındır ki, dirək bu vəziyyətdədir. Evimin üzərinə düşməsindən ehtiyat edirəm. Aidiyyəti üzrə müraciət etmişəm, qeydə alınıb. Bir nəfər gəldi baxdı. O da dirəyin kabellər çıxan hissəsini fırlatdı və bildirdi ki, hazırda dirəyi bərpa etmək üçün materialları yoxdur. Küləkli havada çox narahat oluruq ki, dirək aşacaq”.
Məsələ ilə bağlı Gəncə şəhər MKTİB-nin Şəhər işıqlandırılması şöbəsindən Oxu.Az-a verilən məlumata görə, artıq sözügedən əraziyə baxış keçirilib:
“Qeyd edilən işıq dirəyinin aşma təhlükəsi yoxdur. İşıq dirəyinin qırılmış hissəsinin təmiri ilə bağlı material sifariş verilib. Lazımi material əldə edildikdən sonra işıq dirəyinin təmiri həyata keçiriləcəkdir”.
Könül Cəfərli
www.102info.az