Manat ucuzlaşacaq? – PROQNOZ + VİDEO

Cəmiyyət


“Fitch Solutions” 2027-ci ildə manatın ABŞ dollarına qarşı məzənnəsinin 1 manat 75 qəpik, 2028-ci ildən isə 1 manat 80 qəpik səviyyəsinə enəcəyini bildirib.

Proqnoza görə, məzənnə 2033-cü ilə qədər 1 manat 80 qəpik səviyyəsində qalacaq.

Bəs bu göstəricilər nə qədər realdır? Manat yaxın illərdə ucuzlaşa bilərmi?

İqtisadçı Eldəniz Əmirov hesab edir ki, “Fitch Solutions”ın verdiyi proqnozlar reallıqdan uzaqdır:

“Çünki hazırda Azərbaycan tərəfi ciddi şəkildə manatın məzənnə stabilliyinin qorunub saxlanılmasına çalışır. Bunun da əsas səbəbi makroiqtisadi tarazlığın qorunmasıdır. Qarşıdakı dönəmdə isə manatın məzənnəsində dəyişikliyin olması üçün qlobal və yerli iqtisadiyyatda ciddi, fərqli situasiyanın yaranmasına ehtiyac var. Yəni neftin qiyməti kəskin aşağı düşərsə, o zaman manatın məzənnəsində hər hansı dəyişiklik ola bilər”.

Ekspertlər hesab edirlər ki, manatın ucuzlaşması baş verərsə, bu 1 manat 75 qəpik-1 manat 80 qəpik deyil, daha yüksək səviyyədə ola bilər.

Ətraflı Baku TV-nin süjetində:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir