Bakının Nəsimi rayonunda avtomobillər piyada səkisini parkinqə çevirib.
Belə ki, paytaxtın Ruhulla Axundov küçəsində Mənzil-Tikinti Kooperativləri (MTK) və avtomobillər piyada səkisini zəbt edib.
Burada piyadaların təhlükəsiz şəkildə hərəkət etməsi nəzərə alınmayıb.
Sözügedən küçədən istifadə edən sakinlər isə məcburiyyət qarşısında qalıb həyatlarını təhlükəyə atırlar.
Problemlə əlaqədar sözügedən MTK -nın nümayəndəsi İlham Hacıyev bildirib ki, ərazidə heç vaxt səki olmayıb.
Ətraflı “ATV Xəbər”in süjetində:
www.102info.az