Bakıda eyni torpaq sahəsi 36 nəfərə satılıb – VİDEO

Cəmiyyət


Bakının Binə qəsəbəsində eyni torpaq sahəsi 36 nəfərə satılıb.

Xezerxeber.az-ın məlumatına görə, şikayətçilər iddia edirlər ki, Orxan Cəlilov adlı şəxs “Binə atçılıq” adlanan ərazidə yerləşən torpaq sahəsini içərisindəki yarımtikili ilə birgə çox sayda şəxsə satıb. Hamısına da fərqli qiymətə.

Şikayətçilər deyirlər ki, aldadıldıqlarını anladıqdan sonra aidiyyəti oraqanlara müraciət ediblər. Lakin işin gedişatı onları qane etmir.

Aldadılan şəxslər arasında hətta alqı-satqı prosesini kameraya qeyd edən də var.

Məsələnin əslini öyrənmək üçün torpağı satdığı iddia edilən Orxan Cəlilovla və torpağın əsl sahibi ilə əlaqə saxlamağa çalışdıq. Orxan Cəlilov telefona cavab verməsə də, torpağın əsl sahibi yaranmış vəziyyətdən təngə gəldiyini bildirdi.

Şikayətçilərin iddiası ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, vətəndaşlar tərəfindən daxil olmuş müraciətə əsasən məsələ ilə bağlı hazırda müvafiq polis oraqanında araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Ətraflı süjetdə:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir