Umayra Tağıyeva: “İqlim dəyişmələri dünyada baş verən təbii fəlakətlərin intensivliyini artırır”

Cəmiyyət


“Son zamanlar iqlim dəyişmələri nəticəsində dünyada baş verən təbii fəlakətlərin intensivliyi artır”. 

Oxu.Az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirin müavini Umayra Tağıyeva qlobal iqlim dəyişmələri mövzusunda keçirilən dəyirmi masada deyib. 

Onun sözlərinə görə, iqlim dəyişiklikləri ölkələrin iqtisadi inkişafına da təsir edir:

“Alimlərin sözlərinə görə, iqlim dəyişiklikləri nəticəsində baş verən təbii fəlakətlərin sayı artacaq”.

U.Tağıyeva əlavə edib ki, işğaldan azad olunan ərazilərdə karbon neytrallığına nail olmaq əsas hədəflərindən biridir.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir