Azərbaycanda distant təhsilin tətbiq edilməməsinin səbəbləri açıqlanıb – FOTO

Cəmiyyət


“Azərbaycanda distant təhsil növünün tətbiq edilməməsi ilə bağlı əsas məsələlərdən biri də bu sahədə meyar və standartların mövcud olmamasıdır”.

“Report” xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda deyib.

Onun sözlərinə görə, bu məsələ texniki olaraq həll edilsə də, müəyyən sahədə istəyə nail olunmayıb.

“Bildiyim qədəri ilə pandemiya şəraitində icra olunan distant təhsilin analizi aparılıb. Amma nəticə canlı formada məktəbdəki tədrisin effekti qədər olmayıb. Bu da təbiidir və nəticə bütün dünyada belədir. Etiraf edək ki, tələbələrin bir çoxu distant növlü tədris prosesinə sadəcə formal olaraq qoşulur və kameranı söndürüb öz işini görür. Bu da istər-istəməz formal təhsilə çevrilir və bunu tam idarə etmək çətindir. Belə olan halda həmin tələbənin bilik və bacarığa nə qədər sahiblənməsi sual altında qalır. Onu da bilməliyik ki, distant təhsil növünü heç də bütün sahələrə, ixtisasa tətbiq etmək mümkün deyil. Misal olaraq, tibb və mühəndis ixtisası üzrə təhsil alanlar laborator şəraitdə bacarıqlara yiyələnməlidirlər. Belə olan halda bunu necə distant etmək olar?!” – deyə direktor vurğulayıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir