Kəlbəcərdə avtomobil aşdı, ölən var

Cəmiyyət


Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a məlumat verilib.

Bildirilib ki, Kəlbəcər Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Yanşaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. 

İlkin araşdırmalar zamanı məlum olub ki 1969-cu il təvəllüdlü Kəlbəcər rayon sakini Adil Həsənov “Niva” markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb və nəticədə xəstəxanaya aparılarkən yolda ölüb.

İlhamə Əbülfət

www.102info.az