Zaqatalada 21 yaşlı gənc babasını bıçaqladı

Cəmiyyət


Zaqatalada 21 yaşlı gənc babasını bıçaqlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, noyabrın 28-i saat 15:30 radələrində Zaqatala şəhər sakini, 2002-ci il təvəllüdlü Ruslan İbrahimov onunla eyni ünvanda yaşayan babası, 77 yaşlı Yaşar İbrahimova məişət zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirib. 

R.İbrahimovun şizofreniya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib. 

Faktla bağlı araşdırmalar aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir