“Laçının daş yaddaşı” adlı açıq səma muzeyi yaradılacaq – FOTO

Cəmiyyət


Laçın şəhərində “Laçının daş yaddaşı” adlı açıq səma altında muzey yaradılacaq.

“Report”un xəbərinə görə, Mədəniyyət Nazirliyi belə bir muzeyin yaradılması ideyasını bəyənib və dəstəkləyib.

Muzeydə nümayiş etdiriləcək daşlar rayonun kəndlərindən toplanılaraq Laçın şəhərində yerləşən Yun zavodu adlanan əraziyə gətirilib.

Daşları laçınlı ziyalılar Azər Məmmədov və Akif Binəyerli toplayıb.

Ermənilərin vandalizmə məruz qoyduğu daşlar tezliklə Laçın şəhərinin mərkəzində açıq səma altındakı muzeydə üç dildə nümayiş olunacaq.

“İzi itməkdə olan qədim qəbiristanlıqlarda yeddi-səkkiz ədədi istisna olmaqla, qalanı baxımsızlıq ucbatından və qızılaxtaranlar tərəfindən qazılaraq bir kənara atılıb. Dağ yamaclarına yuvarlanmış şəkildə qalan bu tarixi əsərlər Laçının mərkəzində açıq muzeydə qorunacaq. Həmin abidələrin elmi cəhətdən araşdırılması yolu ilə tariximizi öyrənmək mümkün olacaq”, – A.Məmmədov bildirib.

Onun sözlərinə görə, kəndlərdən, meşələrdən, dağ yamaclarından, kolluqların içindən böyük çətinliklər hesabına 65 ədad abidəni toplayaraq Laçına gətiriblər.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir