Bu gün Mingəçevirdə qeyri-adi yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, Azdress qəsəbəsində “Hyundai Santafe” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşduqdan sonra sürücünün idarəetməsindən çıxıb.
Nəticədə avtomobil yolun kənarındakı qapı-pəncərə mağazasına daxil olub.
İlkin məlumata görə, hadisə yerində bir uşaq xəsarət alıb.
www.102info.az