AMB: “İri sahibkarlara verilən biznes kreditləri üzrə tələb azalacaq”

Cəmiyyət


“2023-cü ilin III rübündə banklar tərəfindən verilən biznes kreditləri üzrə standartlarda yumşalmanın azaldığı müşahidə olunub. Yumşalmada azalma hər üç biznes subyekti üzrə müşahidə edilib”.

Bu barədə Azərbaycan Mərkəzi Bankın keçirdiyi “Kreditləşmə Fəaliyyətinə Dair Sorğunun Nəticələrinə” əsasən xəbər verir.

Bildirilir ki, kiçik və orta sahibkarlıq subyektlərinə və mikro sahibkarlıq subyektlərinə verilən kreditlər üzə strandartlarda yumşalma azalıb, iri sahibkarlıq subyektlərinə verilən kreditlərin standartlarında isə sərtləşmə müşahidə edilib. Sorğuya əsasən banklar növbəti rübdə ümumi biznes kreditlər üzrə standartlarda yumşalmanın daha da azalacağını, iri sahibkarlıq subyektlərinə kreditlər üzrə standartların daha da sərtləşəcəyini proqnoz edirlər.

Sorğunun nəticələrinə əsasən, bank sektorunda biznes kreditlərinə tələb II rüb ilə müqayisədə azalsa da, müsbət zonada qalmışdır. Mikro, kiçik və orta sahibkarlıq subyektləri üzrə tələb, iri sahibkarlıq subyektləri ilə müqayisədə yüksək olub. Banklar 2023-cü ilin IV rübündə iri sahibkarlıq subyektlərinə verilən biznes kreditləri üzrə tələbin azalacağı, mikro, kiçik və orta sahibkarlıq subyektləri üzrə kredit tələbinin artacağı qənaətindədirlər.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir