AMEA-nın iki institutunun adı dəyişdirilib, regional bölmələrə sədrlər seçilib

Cəmiyyət


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) iki institutunun adı dəyişdirilib.

“Report” xəbər verir ki, bununla bağlı məsələ Akademiyanın bu gün keçirilən ümumi yığıncağında qaldırılıb.

Belə ki, ümumi yığıncaq AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu adlandırılması, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun isə AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu adlandırılması haqqında Nazirlər Kabineti qarşısında vəsatət qaldırıb.

Ümumi yığıncaqda AMEA-nın regional elmi bölmələrinin sədri vəzifəsinə seçkilər də keçirilib. Seçkilərin nəticəsinə əsasən, akademik İsmayıl Hacıyev AMEA-nın Naxçıvan Bölməsinin, akademik Fuad Əliyev isə AMEA-nın Gəncə Bölməsinin sədri vəzifəsinə seçiliblər.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir