Bakı metropolitenində ölüm hadisəsi baş verib.
Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hadisə metronun “Nəriman Nərimanov” stansiyasının çıxışında qeydə alınıb:
“Belə ki, qatardan düşüb stansiyanı tərk edən ahıl yaşlarında kişi özünü pis hiss edib və dünyasını dəyişib. Çağırılmış təcili tibbi yardım xidməti ölüm faktını təsdiq edib”.
Könül Cəfərli
www.102info.az