Naxçıvan şəhəri 10-cu küçə ərazisində su xəttində qəza baş verib.
Bu barədə Naxçıvan Şəhər İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, qəzanın aradan qaldırıması üçün aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 30 noyabr 2023-cü il tarixdə səhər saat 09:00-dan axşam saat 21:00-dək şəhərin 56, 58, 59, 60, 61-ci məhəllələrinə, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərinə suyun verilməsi müvəqqəti dayandırılacaq.
Əliqulu Qəmküsar və Babək məhəllələrində isə suyun təzyiqində azalmalar olacaq.
www.102info.az