Xərçəngdən əziyyət çəkən Sevda Əliqızı əməliyyat olundu

Cəmiyyət


Xərçəngdən əziyyət çəkən müğənni Sevda Əliqızının xəstəxanadan görüntüsü yayılıb.

Hacı Nuran Hüseynli xəstəxanada müalicə alan müğənnini ziyarət edib.

O, Sevda xanımın artıq əməliyyat olunduğunu bildirib:

“Heç kim xəstəlikdən sığortalanmayıb. Xüsusən də bütün günü əsəb, stres içində yaşayan insanlar daha çox səhhətləri ilə bağlı problemlər yaşayırlar. Əsrin bəlası olan xərçəng də hər addımda insanları yaxalayır, onlara həyatı dar edir.

Mən xərçənglə mübarizənin nə demək olduğunu gözəl bilirəm. Çünki artıq neçə illərdir ki, ona üsyan edirəm. Bu gün belə bir iradəyə sevilən müğənni Sevda Əliqızının da ehtiyacı var. Çünki o, artıq neçə vaxtdır ki, süd vəzi xərçəngindən əziyyət çəkir. Sevda xanımın qorxduğu əməliyyat peşəkar həkim tərəfindən uğurla həyata keçirilib”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir