Xaçmaz-Xudat avtomobil yolunda VAZ-2115 və QAZ-3110 markalı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə nəticəsində 1964-cü il təvəllüdlü Əlfəddin Şıxverdi oğlu Lalayev, 1965-ci il təvəllüdlü Aygün Əliverdi qızı Lalayeva və onların nəvəsi 2015-ci il təvəllüdlü Y. Elnur oğlu Lalayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
www.102info.az