Xankəndidəki Qarabağ Universitetində tədris olunacaq ixtisaslar açıqlanıb.
Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, universitetdə birinci mərhələdə dörd fakültənin olması planlaşdırılır:
“Bunlar müəllimlik, informasiya texnologiyaları, beynəlxalq ticarət və logistika, beynəlxalq münasibətlər fakültəsidir. Növbəti mərhələlərdə ixtisas seçiminin artırılması nəzərdə tutulur”.
Nazir əlavə edib ki, planlardan biri elmi-tədqiqat fəaliyyətinin Qarabağ Universitetində təşkil edilməsidir.
İlhamə Əbülfət
www.102info.az