“2024-cü ilin iyun ayında 31 min müəllim sertifikasiya imtahanı verəcək”.
Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, növbəti ildə riyaziyyat, ingilis, rus, alman, fransız dili müəllimləri, eyni zamanda, tədrisi digər dillərdə olan şagirdlərə dərs deyən Azərbaycan dili müəllimləri sertifikasiyadan keçəcəklər.
Nazir əlavə edib ki, əvvəlki sertifikasiya imtahanında uğur qazanmayan ibtidai sinif və Azərbaycan dili müəllimlərinin də gələn ilin iyun ayında imtahandan keçməsi üçün şans veriləcək:
“Bu proses 2025-2026-ci ildə bütün bölgələrdə keçiriləcək”.
İlhamə Əbülfət
www.102info.az